Amerika Kubokunun final matçı izdihama görə bir saatdan çox gecikib
Mayamidə Argentina və Kolumbiya arasında keçirilən Amerika Kubokunun final matçının startı "Hard Rock" stadionun girişində yaranan izdiham səbəbindən bir saatdan çox gecikib.
meqale.com report.az-a istinadən xəbər verir ki, bu barədə stadionun sosial şəbəkədəki X səhifəsində məlumat verilib.
"Bugünkü Amerika Kubokunun final matçı öncəsi biletləri olmayan minlərlə azarkeş stadiona daxil olmağa cəhd göstərərək, digər azarkeşləri, təhlükəsizliyi və hüquq-mühafizə orqanlarını həddindən artıq riskə atdı. Giriş prosesinə nəzarət etmək və hər kəsin təhlükəsizliyini təmin etmək üçün qapılar bağlandı", - bəyanatda deyilir.
Vəziyyət normallaşdıqdan sonra matç 1 saatdan çox gecikmə ilə saat 20:22-də (Bakı vaxtı ilə 05:22) başlayıb. "USA Today" xəbər verir ki, izdihamdan sonra azı 7 nəfər həkimlərə müraciət edib.
Qeyd edək ki, matçın əsas vaxtı 0:0 hesablı heç-heçə ilə yekunlaşıb. Matçın 112-ci dəqiqəsində Argentina millisinin hücumçusu hesabı açıb.