Anasının başını kəsib küçəyə tulladı, bədənini... - təfərrüat - FOTO
Ötən il İstanbulda anasının başını kəsərək küçəyə atan Əli Sayanın hadisə zamanı narkotikin təsiri altında olduğu müəyyən edilib.
meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmə-tibbi ekspertizanın rəyində göstərilib ki, ananın ölümündən sonra onun əzaları amputasiya edilib. Məhkəmə həmin şəxsin cinayət məsuliyyəti ilə bağlı hesabat tələb edib.
Bildirilib ki, öləndən sonra ananın başı, əlləri və ayaqları kəsilib. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyəti ilə bağlı Məhkəmə Tibb İnstitutundan rəy alınmasına qərar verib və iclası yekunlaşdırıb.