Anatoli Torkunov İlham Əliyevi təbrik etdi

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

meqale.com AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi təbrik edirəm.

Seçkilərin nəticələri göstərdi ki, ölkənin və cəmiyyətin konsolidasiyası, Azərbaycanın beynəlxalq arenada nüfuzunun möhkəmlənməsi üzrə Sizin ardıcıl kursunuz ən böyük dəstəyə malikdir.

Hörmətli İlham Heydər oğlu, Sizə cansağlığı və dost Azərbaycanın rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram".

meqale.com