Ancelina Coli Bred Pittin keçmiş həyat yoldaşını hədəf aldı
Amerikalı aktrisa Ancelina Coli "Oskar" mükafatına namizəd göstərilməməsində Bred Pittin keçmiş həyat yoldaşı Cennifer Enistonu günahlandırıb.
meqale.com oxuya istinadən xəbər verir ki, A.Coli "Mariya" filmində baş rolu oynayıb, amma mükafata namizəd göstərilməyib.
Aktrisa güman edib ki, filmdə iştirak onu Hollivudun zirvəsinə qaytaracaq. Ulduz sənətçi uğursuzluqda əvvəlcə keçmiş əri B.Pitti ittiham edib, sonra isə qərara gəlib ki, C.Enistonun bu işdə əli var və bu yolla ondan qisas ala bilər. Məsələ burasındadır ki, A.Coli 20 il əvvəl B.Pitti C.Enistonun ailəsindən ayırmışdı.