Ankara küçələrindən biri “Qarabağ Şəhidləri Bulvarı” adlandırılıb - FOTO

Türkiyənin paytaxtı Ankaranın küçələrindən birinə "Qarabağ Şəhidləri Bulvarı" adı verilib.

Ankara küçələrindən biri “Qarabağ Şəhidləri Bulvarı” adlandırılıb - FOTO
Türkiyənin paytaxtı Ankaranın küçələrindən birinə "Qarabağ Şəhidləri Bulvarı" adı verilib.

Bu barədə meqale.com-a  Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasından bildirilib ki, bu addım Azərbaycanın Zəfər Gününün üçüncü ildönümü ərəfəsində atılıb.

Ankara Böyükşəhər Bələdiyyə Başqanlığının texniki işlər şöbəsinin (Fen İşləri Dairəsi) müdiri Aziz Murat Seyrekin adından Xarici Əlaqələr Dairəsi Başqanlığına ünvanlanan 24 oktyabr 2023-cü il tarixli məktubda bildirilib ki, bu məsələ ilə bağlı bələdiyyəyə Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasından rəsmi müraciət daxil olub. Müraciətdə 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Ankaranın küçələrindən birinə "Qarabağ Şəhidləri" adının verilməsi təklif edilib.

Böyükşəhər Bələdiyyə Məclisinin qərarı və Ankara valiliyinin təsdiqi ilə paytaxtın Etimesgut rayonunun Şəkər məhəlləsinin və Şəhid Osman Avcı məhəlləsinin sərhədlərində yerləşən "1419-cu küçə"nin adı dəyişdirilərək, "Qarabağ Şəhidləri Bulvarı" adlandırılıb.