"Anlamırlar ki, Zelenski onları məzara göndərəcək"

Finlandiya hakimiyyəti ukraynalıların Ukraynaya deportasiyasına icazə verərək, onları ölümə göndərir.

Finlandiya hakimiyyəti ukraynalıların Ukraynaya deportasiyasına icazə verərək, onları ölümə göndərir.

meqale.com axar.az-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Fantastik dərəcədə alçaqlıq. Axı Helsinkidə insanlar başa düşmürlər ki, Zelenski Ukraynaya deportasiya edilənləri dərhal məzara göndərəcək", - Zaxarova söyləyib.

Qeyd edək ki, Finlandiya yaşayış icazəsi və ya sığınacaq verilməmiş ukraynalıların, habelə cinayət törətmiş şəxslərin deportasiyasına icazə verib.