Ararat Mirzoyan Devid Kemeronla görüşdü
Ermənistan və Böyük Britaniyanın XİN rəhbərləri Ararat Mirzoyanla Devid Kemeron arasında görüş keçirilib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı A.Mirzoyan öz "X" hesabında paylaşıb.
Görüş Şimali Makedoniyanın paytaxtı Skopyedə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 30-cu sessiyası çərçivəsində baş tutub.
Bildirilib ki, tərəflər regional mövzuları və Cənubi Qafqazda baş verən hadisələri müzakirə ediblər.