"Araz-Naxçıvan" və "Səbail" heç-heçə etdi
Misli Premyer Liqasının XXXII turunda "Araz-Naxçıvan" səfərdə "Səbail"lə 1:1 hesablı bərabərə qalıb.
meqale.com-ın məlumatına görə, "ASCO Arena"da keçirilən qarşılaşmada hesabı qonaqların heyətində Ülvi İsgəndərov 30-cu dəqiqədə açıb. 76-cı dəqiqədə isə Marko Nikoliç "Səbail"in bərabərlik qoluna imza atıb.
Bu nəticədən sonra 54 xal toplayan "Araz-Naxçıvan" turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. 21 xalı olan "Səbail" isə sonuncu - onuncu yerdədir.