Arif Hacılının oğluna bu ittihamlar verildi
Ötən gün saxlanılan Müsavat başqanı Arif Hacılının oğlu Orxan Hacılı təqsirləndirilən şəxs qismində cəlb edilib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin 263.1 (nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər dəydikdə) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham elan edilib.
O. Hacılı barəsində hələ ki, qətimkan tədbiri seçilməyib.