"Arka Sokaklar"da gözlənilməz ayrılıq - Serialda 13-cü ili idi - FOTO

Türkiyənin ən uzunömürlü seriallarından biri olan "Arka Sokaklar"da gözlənilməz ayrılıq yaşanacaq. 

Türkiyənin ən uzunömürlü seriallarından biri olan "Arka Sokaklar"da gözlənilməz ayrılıq yaşanacaq. 

meqale.com haberler-ə istinadla xəbər verir ki, serialın sevilən aktrisası Özlem Çınar yenidən ekranlara vida edəcək.

2006-cı ildə "Arka Sokaklar" serialına qatılan və Aylin obrazı ilə tamaşaçıların sevimlisinə çevrilən Özlem Çınar 2019-cu ildə də serialdan ayrılmışdı. Lakin bir müddət sonra geri qayıdan aktrisa bu dəfə seriala birdəfəlik vida edəcək. Onun hekayəsinin 710-cu bölümdə sona çatacağı bildirilib.

Çınarın obrazının hekayəsi tamamilə bitdiyi üçün aktrisa layihədən ayrılacaq.