Armen Qriqoryan Lavrova cavab verdi
Ermənistan Təhlükəsizlik Şurası katibi Armen Qriqoryan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun "Rusiya İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı ilə bağlı yekun qərarını gözləyir" bəyanatına münasibət bildirib.
meqale.com APA-ya istinadən bildirir ki, brifinq zamanı jurnalistlərin suallarını cavablandırarkən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan həmin bəyanata toxunaraq qeyd edib ki, Rusiya KTMT-nin üzvü olaraq öz mövqeyini dəqiqləşdirməlidir:
"Mən deyərdim ki, Ermənistana münasibətdə öz mövqeyini dəqiqləşdirməli olan tərəf Rusiyadır".