"Artıq susa bilmirəm" - Bella Hadid
Məşhur Fələstin əsilli amerikalı model Bella Hadid yenidən sosial media hesabında Fələstin-İsrail münaqişəsinə münasibət bildirib.
meqale.com axşam.az-a istinadən bildirir ki, "Daily mail"in məlumatına görə, model yenidən Fələstinə dəstəyini ifadə edib:
"Dünyanın diqqətini onilliklər ərzində günahsız insanların həyatına son qoyan və ailələri məhv edən vəziyyətə yenidən cəlb edən bu çətin və dəhşətli son iki həftəni təsvir etmək üçün hələ doğru sözləri tapa bilməmişəm. Deyəcəyim çox şey var, amma bu gün qısa yazacaöam".
Bella qeyd edib ki, ailəsi təhdidlərlə üzləşsə də, bu, onun mövqeyinə mane olmayacaq:
"Hər gün yüzlərlə ölüm təhdidləri aldım, telefon nömrəm oğurlandı, ailəm təhlükədə idi. Amma mən artıq susa bilmirəm. Qorxu həll yolu deyil. Fələstin xalqı və övladları, xüsusən də Qəzza zolağında bizim susmağımıza dözə bilməz. Biz yox, onlar cəsurdurlar.
Qəzza zolağında hava hücumları nəticəsində övladlarını itirən bütün analar və tək ağlayan uşaqlar, bütün itkin atalar, qardaşlar, bacılar, əmilər, xalalar, dostlar ilə birlikdə yas tuturam.
Ölkənin tarixindən asılı olmayaraq, harada olurlarsa-olsunlar, hər hansı mülki vətəndaşa qarşı terror hücumlarını pisləyirəm. Qadınlara və uşaqlara zərər vermək, terror Fələstinin mübarizəsinə heç bir fayda gətirmir və gətirməməlidir də".
Qeyd edək ki, Bellanın bacısı Cici Hadid və atası Məhəmməd də Fələstini dəstəklədiklərini ifadə edən paylaşımlar yayımlayıb.