Aslan Kərimovun Millətlər Liqasından gözləntisi: 1 heç-heçə, 2 qələbə - VİDEO
Veteran futbolçu Aslan Kərimov UEFA Millətlər Liqasının yeni mövsümündə Azərbaycan yığmasının hansı komandalardan xal ala biləcəyini açıqlayıb.
"İdman Bizdə" verilişinin qonağı olan 51 yaşlı mütəxəssis hazırda baş məşqçisiz olan millinin 7 xal toplaya biləcəyini deyib.
Onun sözlərinə görə, C divizionunda Estoniya, İsveç və Slovakiya ilə mübarizə aparacaq yığma ən yaxşı halda 1 heç-heçə edib, 2 qələbə qazanacaq: "İsveçə qarşı matçlarda xal qazanacağımızı düşünmürəm. Slovakiya ilə görüşlərdə 1, Estoniya qarşı isə 6 xal qazanacağımızı fikirləşirəm".
Qeyd edək ki, Azərbaycan UEFA Millətlər Liqasında ilk oyununu sentyabrın 5-də Bakıda İsveçə qarşı keçirəcək.