AŞPA tarixi səhvə yol verib - Türkiyə XİN
Avropa Şurası Parlament Assambleyası (AŞPA) 2023-cü il oktyabrın 12-də Türkiyə ilə bağlı qəbul etdiyi tövsiyə və qərarla tarixi səhvə yol verib.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Bu təşəbbüslə AŞPA məhkəmə proseslərindən siyasət üçün istifadə edir və dialoq kanallarını bağlamağa çalışır. Bu, AŞPA-nın əsas səbəbini təşkil edən demokratik dəyərlərə ziddir. AŞPA-nın etdiyi bu ehtiyatsızlıq gələcəkdə utancla xatırlanacaq. Türkiyə qurucu üzvü olduğu Avropa Şurasının məşvərət orqanı olan AŞPA-nın öz məqsəd və dəyərlərindən bu qədər uzaqlaşmasından təəssüflənir", - deyə bildirilib.