Ata 50 kilo arıqlayıb belə oldu - FOTOlar
Türkiyəli məşhur komediya ustası, aktyor Ata Demirel düz 50 kilo çəki ataraq, sevənlərini heyrətləndirib.
meqale.com lente istinadən bildirir ki, uzun aylardır karbohidratlardan uzaq durmaq və gündə 45 dəqiqə yeriməklə bu nəticəni əldə etdiyini deyən aktyor, dietoloqlardan yardım almadığını bildirib. O əsasən ət, balıq yeməklərinə üstünlük verdiyini, çörək və şirniyyatdan uzaq durduğunu bildirib.
Əvvəllər 140 olan aktyor hazırda 90 kilo çəkidədir və görünüşündən məmnundur. O "Bir ihtimal daha var" adlı ekran işində rol almağa hazırlaşır.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun