“Atam-anam ömür boyu boşanmalar, davalar... ”
Xalq artisti Röya Ayxan həyatı ilə bağlı səmimi açıqlamalar verib.
meqale.com olay-a istinadən xəbər verir ki, estrada ulduzu bu barədə "Elgizlə izlə" verilişində qonaq olarkən danışıb. Pop kraliça deyib ki, uşaqlıq illərinə aid bir şəkli belə yoxdur:
"Redaktorunuz dedi ki, uşaqlıq şəklimi göndərim. Dedim ki, mənim uşaqlıq şəklim yoxdur. Atam-anam ömür boyu boşanmalar, davalar... Ağıllarına gəlməyib ki, bu uşaqların şəklini çəkək, böyüyəndə kiməsə göstərsinlər. Bir şəklim yoxdur ki, oğluma göstərim. Deyim, birinci sinifdə, belə olmuşam, 10 yaşımda belə olmuşam. Bir şəkil var. Anamgil 10 bacıdır, onun üstündə dava edirlər. Biri deyir, mənim uşağımdır, o biri deyir, mənim.