Atamın 18 yaşında çıxdığı Laçın 18 yaşında qayıdıram - Laçın sakini
Atamın 18 yaşında ağrı-acılarla tərk etdiyi Laçına 18 yaşımda sevinclə qayıdıram.
meqale.com bildirir ki, bunu Trend-ə açıqlamasında Laçın sakini Özal Həsənzadə deyib.
Onun sözlərinə görə, uzun illərdən sonra ata-ana yurduna qayıtmağın sevincini yaşayırlar.
"Ali Baş Komandınımıza uzun-ömür, can-sağlığı arzulayıram. Şəhid ailələrinə başsağlığı diləyirəm. Bizə bu sevinci yaşatdıqları üçün şəhid və qazilərin analarının əllərindən öpürəm", - deyə o qeyd edib.
meqale.com