"Atamla anamın bu halından utanmıram"

"Xəstəxanada uşaqla yatmışam, mənə baxıb təəccüblənirdilər. Elə bilirlər biz səhnəyə çıxırıqsa, başqa yerdə olmamalıyıq. Deyirlər, Mehribanın qulluqçuları hardadı?".

"Xəstəxanada uşaqla yatmışam, mənə baxıb təəccüblənirdilər. Elə bilirlər biz səhnəyə çıxırıqsa, başqa yerdə olmamalıyıq. Deyirlər, Mehribanın qulluqçuları hardadı?".

meqale.com axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova "Elgizlə izlə" verilişində deyib. Aktrisa valideynlərinin lal olmasından danışıb:

"Kiminsə övladı lal-kardır, gizlədir. Niyə utanmalıyıq? Bütün Azərbaycan bilir ki, atam da, anam da lal-kar olub. Bütün kartları açmışam, danışmışam ki, məndən əl çəkin. Atamla anamın bu halıyla fəxr etmişəm. Atam dünyasını dəyişib. Atam miningit olub və 7 yaşında lal-kar olub. Anamda isə anadangəlmədir. 6 övlad olduq, heç birimizə keçmədi. O cür övladdan utananlar maddi imkanı böyük olanlardır". 

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun