Avdeyevkada 7 min rusiyalı hərbçi öldürüldü
Ukraynanın 47-ci mexanikləşdirilmiş əlahiddə briqadası Avdeyevkada 7 min rusiyalı hərbçini və yüzdən çox texnikanı məhv edib.
Axar.az xəbər verir ki, bu barədə "Unian" məlumat yayıb.
Bildirilib ki, briqada Avdeyevka istiqamətində müəyyən əraziləri əldə saxlamaqdadır.
Qeyd edək ki, Britaniya Müdafiə Nazirliyi Avdeyevkanı ələ keçirmək üçün Rusiyanın ən azı 400 tank, PDM və digər ağır texnika, həmçinin, şəxsi heyətin minlərlə üzvünü itirdiyini bildirmişdi.