Avro-2024: Azərbaycanın taleyi Qazaxıstanın əlində

Avro-2024-ün seçmə mərhələsində sonuncu - X turun oyunları davam edir.

Avro-2024: Azərbaycanın taleyi Qazaxıstanın əlində
Avro-2024-ün seçmə mərhələsində sonuncu - X turun oyunları davam edir.

meqale.com publika.az-a istinadən xəbər verir ki, bu gün daha 3 - C, E və H qruplarında mübarizəyə yekun vurulacaq.

C qrupunda Ukrayna - İtaliya, E qrupunda Çexiya - Moldova və H qrupunda isə Sloveniya - Qazaxıstan matçlarından sonra final mərhələsinə vəsiqə qazanacaq növbəti 3 komandanın adına aydınlıq gələcək. Bu cütlərdə Ukrayna, Moldova və Qazaxıstan qitə birinciliyinə yollanmaq üçün mütləq qalib gəlməlidirlər. Əks təqdirdə, onların rəqibləri Almaniyada təşkil olunacaq turnirdə iştirak hüququna yiyələnəcəklər.

Qazaxların qələbəsi Azərbaycan millisi üçün tarixi şans yarada bilər. Belə ki, Qazaxıstan tarixi nəticəyə imza ataraq final mərhələsinə vəsiqə qazansa, yığmamız martda Millətlə Liqasının C divzionundakı pley-off oyunlarına vəsiqə qazanacaq.

Avro-2024: Seçmə mərhələ, X tur 20 noyabr

C qrupu 23:45. Şimali Makedoniya - İngiltərə 23:45. Ukrayna - İtaliya Xal durumu: İngiltərə - 19, İtaliya - 13, Ukrayna - 13, Şimali Makedoniya - 7, Malta - 0.

E qrupu 23:45. Albaniya - Farer adaları 23:45. Çexiya - Moldova Xal durumu: Albaniya - 14, Çexiya - 12, Polşa - 11, Moldova - 10, Farer adaları - 1.

H qrupu 23:45. Şimali İrlandiya - Danimarka 23:45. San Marino - Finlandiya 23:45. Sloveniya - Qazaxıstan Xal durumu: Danimarka - 22, Sloveniya - 19, Qazaxıstan - 18, Finlandiya - 15, Şimali İrlandiya - 6, San Marino - 0.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun