AVRO-2024: İtaliya, İspaniya və Belçika evdə, Avstriya səfərdə qələbə qazandı
AVRO-2024: İtaliya, İspaniya və Belçika evdə, Avstriya səfərdə qələbə qazanıb Futbol üzrə AVRO-2024-ün seçmə mərhələsində VI tura yekun vurulub.
meqale.com report-a istinadən xəbər verir ki, son gündə 4 qrupda ümumilikdə 9 oyun keçirilib.
Azərbaycan millisinin istirahət etdiyi turda F qrupunda iki görüş baş tutub. Üç gün əvvəl Bakıda yığmamız üzərində minimalhesablı qələbə qazanan Belçika bu dəfə digər autsayder Estoniyanı beş cavabsız qolla üstələyib. İsveç isə evdə Avstriyaya yenilib.
Diqqətçəkən matçlardan biri C qrupunda gerçəkləşib. İkinci yerə iddia edən İtaliya ilə Ukraynanı 2:1 hesabı ilə üstələyib.
AVRO-2024-ün seçmə mərhələsi VI tur 12 sentyabr
A qrupu İspaniya - Kipr 6:0 Norveç - Gürcüstan 2:1 Xal durumu: Şotlandiya - 15 xal (5 oyun), İspaniya - 9 (4), Norveç - 7 (5), Gürcüstan - 4 (5), Kipr - 0 (5)
C qrupu İtaliya - Ukrayna 2:1 Malta - Şimali Makedoniya 0:2 Xal durumu: İngiltərə - 13 (5), Ukrayna - 7 (5), İtaliya - 7 (4), Şimali Makedoniya - 7 (5), Malta - 0 (5)
F qrupu Belçika - Estoniya 5:0 İsveç - Avstriya 1:3 Xal durumu: Belçika - 13 (5), Avstriya - 13 (5), İsveç - 6 (5), Azərbaycan - 1 (4) Estoniya - 1 (5)
I qrupu İsrail - Belarus 1:0 Rumıniya - Kosovo 2:0 İsveçrə - Andorra 3:0 Xal durumu: İsveçrə - 14, Rumıniya - 12, İsrail - 11, Kosovo - 4, Belarus - 4, Andorra - 2