"Avropa Fransaya bununla bağlı heç bir təzyiq göstərmir"
Fransa əlindən gələni edir ki, Avropa ölkələri müstəmləkə məsələsindən uzaq qalsın, marağında olmasın.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Qvadelupanın azadlığı naminə xalq birliyinin nümayəndəsi Yakop Bisep mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, Fransa Avropa İttifaqında müstələməkə tərəfdarı lobbilərin səsinin eşidilməsinə çalışır.
"Avropa Fransaya müstəmləkəçiliyə son qoymaqla bağlı heç bir təzyiq göstərmir. Aİ-də olan üzv dövlətlərin bəziləri də müstəmləkə dövləti olublar",- deyə o bildirib.
Qeyd edək ki, sabah Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" adlı beynəlxalq konfrans keçiriləcək.
Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.