Avropa Liqası: "Qarabağ" HİK-i qəbul edəcək
Bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.
meqale.com Trend-ə istinadən bildirir ki, Azərbaycanın "Qarabağ" klubu Finlandiyanın HİK klubunu qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Matçın baş hakimi israilli Roy Reinsreyber olacaq.
Bundan əlavə, bu gün Avropa Liqasında "Jalgiris" - "Hekken", "Slavia" (Praqa) - "Dnepr-1", "Şerif" - BATE, "Zrinski Mostar" - "Breydablik", "Olimpiakos" - "Genk" oyunları da keçiriləcək.