Avropa Liqası: “Qarabağ” “Qalatasaray”la qarşılaşa bilər

"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub.

Avropa Liqası: “Qarabağ” “Qalatasaray”la qarşılaşa bilər
"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub.

meqale.com bildirir ki, "Qarabağ" III-cü raundda Finlandiyanın HİK klubuna qalib gələrsə, növbəti mərhələdə "Olimpiya" (Sloveniya) - "Qalatasaray" (Türkiyə) cütünün məğlubu ilə üz-üzə gələcək.

"Qarabağ" ilk oyununu səfərdə keçirəcək.

Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları 24 avqustda, cavab görüşləri isə 31 avqustda gerçəkləşəcək.