Avropa Liqasının rəmzi komandası açıqlandı

UEFA-nın texniki müşahidəçilər qrupu 2024/2025 mövsümünün Avropa Liqasının rəmzi komandasını seçib.

Avropa Liqasının rəmzi komandası açıqlandı
UEFA-nın texniki müşahidəçilər qrupu 2024/2025 mövsümünün Avropa Liqasının rəmzi komandasını seçib.

meqale.com xəbər verir ki, heyətdə "Tottenhem"dən 4, "Budo-Qlimt" və "Mançester Yunayted"dən 2, "Ayntraxt", "Lion" və "Atletik"dən 1 oyunçu yer alıb. 

Qapıçı: Gulyelmo Vikario ("Tottenhem").

Müdafiəçilər: Pedro Porro ("Tottenhem"), Kristian Romero ("Tottenhem"), Robin Kox ("Ayntraxt"), Fredrik Andre Byorkan ("Budo-Qlimt").

Yarımmüdafiəçilər: Patrik Berq ("Budo-Qlimt"), Bruno Fernandes ("Mançester Yunayted"), Kazemiro ("Mançester Yunayted").

Hücumçular: Rayan Şerki ("Lion"), Dominik Solanke ("Tottenhem"), Niko Uilyams ("Atletik").