Avropa Parlamenti Avropa Komissiyasını məhkəməyə verəcək

Avropa Parlamenti Macarıstana 10,2 milyard avro ödəndiyi üçün Avropa Komissiyasını məhkəməyə verməyi planlaşdırır.

Avropa Parlamenti Avropa Komissiyasını məhkəməyə verəcək
Avropa Parlamenti Macarıstana 10,2 milyard avro ödəndiyi üçün Avropa Komissiyasını məhkəməyə verməyi planlaşdırır.

meqale.com APA-ya istinadən bildirir ki, bu barədə prosesdən xəbərdar mənbələr bildirib.

Bu məsələ Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin keçən ilin dekabrında korrupsiya və qanunun aliliyi ilə bağlı narahatlıqlara görə dondurulmuş Budapeşt üçün ayrılan Aİ fondlarını blokdan çıxarmasından sonra meydana çıxıb. Bu addım Macarıstanın Baş naziri Viktor Orbanın İttifaqın Ukrayna ilə bağlı birgə mövqeyini pozmaqla hədələdiyi mühüm sammitdən əvvəl atılıb.

"Politico" yazır ki, Avropa Parlamentinin hüquq məsələləri üzrə komitəsi, vergi ödəyicilərinin pullarının sui-istifadə edilməsindən qorumaq öhdəliyini pozduğuna görə Avropa Komissiyasını məhkəməyə vermək qərarı ilə bağlı martın 11-də bağlı qapılar arxasında görüşüb.

Komitədə müvafiq qərar 16 üzv lehinə, bir üzv əleyhinə (sağçı partiyadan) olmaqla qəbul edilib.

Von der Leyenin öz siyasi qrupu, sağ mərkəzçi Avropa Xalq Partiyası, lideri Manfred Veber iyun ayında keçiriləcək Aİ seçkiləri ərəfəsində qanunun aliliyini müdafiə etməyin vacibliyini vurğulayaraq qərarı dəstəkləyir. Nəşr yazır ki, ümumi müddəaların tənzimlənməsi çərçivəsində vəsaitlərin dondurulub-dondurulmamasına qərar verərkən Komissiyanın nə qədər sərbəstliyə malik olduğuna dair hələ heç bir presedent hüququ yoxdur. Lakin hakimlər ardıcıl olaraq məhkəmələrin müstəqilliyinin və Aİ-nin əsaslarının müdafiəsinin lehinə qərar veriblər.