Avropada 47-ci: “Qarabağ” 10 milyonu keçib
Avrokubokların cari mövsümündə ən çox mükafat qazanan klublar açıqlanıb.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, Azərbaycan çempionu "Qarabağ" "Top-50"də qərarlaşıb.
Mübarizəyə Çempionlar Liqasında başlayan, Avropa Liqasında 1/8 finala adlayan Ağdam klubu artıq 10 milyon 482 min avro əldə edib. Bu, mövsümün 47-ci göstəricisidir.
Təmsilçimizin 1/8 finaldakı rəqibi "Bayer" 34-cüdür. Almaniya klubu 13 milyon 790 min avro mükafat əldə edib.