Avropanın anti-Azərbaycan siyasəti vahid mərkəzdən idarə edilir – Rufiz Hafizoğlu
Avropanın anti-Azərbaycan, islamafobiya kimi siyasətləri vahid mərkəzdən idarə edilir.
meqale.com Trend-ə istinadən bildirir ki, bu sözləri Trend BİA-nın direktor müavini, "Türk Dünyası" (Turkic.World) media platformasının rəhbəri, siyasi şərhçi Rufiz Hafizoğlu AzTV-yə açıqlamasında deyib.
Siyasi şərhçi onu da vurğulayıb ki, Avropa ölkələrinin əsassız bəyanatları Azərbaycan üçün heç bir mahiyyət kəsb etmir.
"Avropanın anti-Azərbaycan, islamafobiya kimi siyasətləri vahid mərkəzdən idarə edilir. Burada Qərbin aktiv rol almasına baxmayaraq, görünməyən tərəf erməni lobbisidir", - deyə o əlavə edib.