Avstraliyada gecə əyləncəsi zamanı insident olub, yeniyetmə öldürülüb
Avstraliyanın Melburn şəhərinin mərkəzində gecə saatlarında baş verən zorakı hadisə bir yeniyetmənin ölümü ilə nəticələnib.
meqale.com-ın məlumatına görə, "Daily Mail" nəşri insidentin gecə əyləncəsi zamanı yaşandığını bildirib. Təcili tibbi yardım briqadaları yerli vaxtla saat 02:40 radələrində baş verən hadisə ilə bağlı çağırış alaraq dərhal əraziyə cəlb olunublar.
Hadisə yerində King Street ərazisində yeniyetmənin bədənində çoxsaylı bıçaq xəsarətləri müəyyən edilib. Həkimlərin göstərdiyi ilkin tibbi yardıma baxmayaraq, gəncin həyatını xilas etmək mümkün olmayıb.
Polis dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıb və hadisədən qısa müddət sonra yaxınlıqdakı Aurora Lane küçəsində 19 yaşlı bir şəxsi saxlayıb. Araşdırmalar davam etdirilir.