"Avtobus gözlədiyim yerə "Rolls-Royce"la gəldim" - FOTO
Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov paylaşımı ilə diqqət çəkib.
meqale.com axşam.az-a istinadən xəbər verir ki, o, böyüdüyü Bülbülə qəsəbəsindəki evlərinə yollanıb.
Ora bahalı "Rolls-Royce" maşını ilə gedən Həsənov "Buraya gəldim. Hansı ki, burada kiçik yaşlarımda bir neçə il yaşamışam. Marşrut avtobusu gözlədiyim yerə "Rolls-Royce" avtomobili ilə gəlmək çox gözəl hisslərdir" sözlərini qeyd edib.
Digər paylaşımda isə Həsənov Nardaran ərazisində aldığı yeni mənzilinin təmirini bitirdiyi ilə bağlı görüntülər yayımlayıb. Bloger bildirib ki, yeni mənzilinin açarlarını ona mayın 20-si təqdim edəcəklər.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun