Avtomobil pabın terrasına çırpıldı - xeyli sayda ölən var - FOTO

Avstraliyanın cənub-şərqində avtomobilin pabın terrasına çırpılması nəticəsində ikisi uşaq olmaqla altı nəfər ölüb, daha beş nəfər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

meqale.com report-a istinadən xəbər verir ki, bu barədə Viktoriya ştatının polisi məlumat yayıb.

İdarədən bildirilib ki, 5 nəfər hadisə yerində, ağır bədən xəsarətləri alan 11 yaşlı qız isə daha sonra xəstəxanada dünyasını dəyişib.

"Daha 5 nəfər, o cümlədən 11 aylıq oğlan və 6 yaşlı uşaq xəstəxanadadır, onlara çoxsaylı sınıqlar və daxili orqanların zədələnməsi diaqnozu qoyulub. Zərərçəkənlərdən 35 yaşlı qadın reanimasiyaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir", - polis bildirib.

Qeyd olunub ki, restoranın terassına çıxan avtomobili idarə edən 66 yaşlı kişi də "yüngül xəsarətlərlə" xəstəxanaya yerləşdirilib.