Avtomobildə sıxılmış vəziyyətdə qalan şəxs belə xilas edildi - YENİLƏNİB - VİDEO
meqale.com xəbər verir ki, həyata keçirilən xilasetmə tədbirləri nəticəsində deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalan 1968-ci il təvəllüdlü Vəliyev Azər İslam oğlu xilas olunub.
------- 10:08 Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Hyundai" markalı yük avtomobili yol kənarında dayanan "Hyundai" markalı minik avtomobilinə çırpılıb və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.