Avtomobillərin icbari sığorta QİYMƏTLƏRİ ARTDI - VİDEO

Son dövrlərdə avtomobillərin icbari sığortasında qiymətlərdə artımlar müşahidə olunur.

Avtomobillərin icbari sığorta QİYMƏTLƏRİ ARTDI - VİDEO
Son dövrlərdə avtomobillərin icbari sığortasında qiymətlərdə artımlar müşahidə olunur.

meqale.com Xəzər TV-yə istinadən bildirir ki, sığorta eksperti Vüsal Bədəlov deyir ki, bu sahədə tətbiq edilən yeni qaydalar qiymət dəyişikliyinə səbəb olub. Onun sözlərinə görə, bəzi sığorta şirkətlərində nəqliyyat vasitələrinin icbarı sığortasına maraq bir qədər azalıb.

Ekspert bildirib ki, hazırki qiymətlər  sığorta şirkətlərinin xərclərini qarşılamır. Çünki sığortalıya ödənilən vəsaitin miqdarı xeyli yüksəlib. Ekspert bunu müəyyən səbəblərlə əlaqələndirib.

O, qeyd edib ki, gələcəkdə icbari sığorta qiymətlərində yenidən bahalaşmanın şahidi ola bilərik.

Vüsal Bədəlov əlavə edib ki, sığorta şirkətləri qiymətləri yenidən artıracağı təqdirdə sığortalıya ödənilən məbləğin də həcmi yüksələcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: