AYB-dən ev mübahisəsi ilə bağlı yeni açıqlama

Sosial şəbəkələrdə ayrı-ayrı şəxslər tərəfindən doğru olmayan məlumatlar yayılır və təəssüf ki, bəzi saytlar dəqiqləşdirmədən bu yalan məlumatları xəbərə çevirirlər.

meqale.com xəbər verir ki, bu barədə Aərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətindən Axar.az-a daxil olan məlumatda bildirilib.

"Əvvəla, Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyliyə mənzil verilməyib. İkincisi, Yazıçılar Birliyinin sədri Anarın katibəsinin adı mənzil təqdim edilən şəxsərin siyahısında yoxdur. Bundan başqa, Yazıçılar Birliyi sədrinin müşaviri Rauf Aslanov Birliyin üzvü deyil. Son olaraq, İlqar Fəhminin katibəsi kimi təqdim edilən Şəmsiyyə Camalova İdarənin kompüter operatorudur", - məlumatda vurğulanıb.

AYB media nümayəndələrindən məlumatları yayarkən dəqiqləşdirmə aparmalarını xahiş edib.