Aydın Əlibəyov Rusiyada 3 qızıl medal qazandı
Azərbaycan təmsilçisi Aydın Əlibəyov Rusiyanın paytaxtı Moskvada atçılığın dresaj növü üzrə keçirilən "Maksima Masters" çempionatında uğurlu çıxış edib.
meqale.com report-a istinadən xəbər verir ki, yarışda üç atla mübarizə aparan idmançı böyük atlar (Qızıl Tur) arasında üç qızıl medal əldə edib.
Qeyd edək ki, aprelin 7-də başa çatacaq turnirdə cavan atlardan (5-7 yaş) da istifadə olunur.