Aysel anası ilə fotolarını paylaşıb, bunları yazdı

Müğənni Aysel Əlizadə sosial media hesabında anası ilə fotolarını yayımlayıb.

Aysel anası ilə fotolarını paylaşıb, bunları yazdı
Müğənni Aysel Əlizadə sosial media hesabında anası ilə fotolarını yayımlayıb.

meqale.com axşam.az-a istinadən xəbər verir ki, ifaçı anasının doğum günü olduğunu vurğulayıb və onu bu münasibətlə təbrik edib.

"Canım anam, səni çox sevirəm. Allah səni başımızdan əskik etməsin. Sən var ol, sağlam ol. Sənin əziyyətinin qarşısında nə etsəm azdır, boynum bükükdür. Sən çox zəhmətkeş, övladlarına, nəvələrinə, ailənə bağlı və eyni zamanda möhkəm qadınsan, anamsan. Sənin nə qədər tələbələrin varsa, əminəm ki, səni çox sevir. Dəfələrlə şahidi olmuşam. Sən nəinki mənim anamsan, bir çox tələbələrinin də ikinci anasısan. Biz səni çox sevirik. Sən yaşadıqca mən də yaşayıram. Allahdan nə arzun, diləyin varsa, hər birini yaşamağı nəsib etsin yaradan. Amin Allah. Məhluqə nənəm səni nə yaxşi ki, dünyaya gətirib. Allah ona da rəhmət eləsin. Dəyərli anam" deyə, Aysel yazıb.