AZAL təyyarəsinin qara qutusu Braziliyaya çatdırıldı: Araşdırmalar başladı
AZAL-a məxsus və Aktau yaxınlığında qəzaya uğramış təyyarənin qara qutuları Braziliyaya çatdırılıb.
Bu barədə Braziliyanın tanınmış G1 portalı məlumat yayıb.
Məlumatda bildirilir ki, mütəxəssislər artıq qara qutulardan əldə edilən məlumatların analizinə başlayıblar. Araşdırma prosesində Qazaxıstan, Azərbaycan və Rusiya mütəxəssislərinin iştirakı təsdiqlənib. Onlar hadisənin səbəblərini müəyyənləşdirmək üçün qara qutulardan əldə edilən qeydləri təhlil edirlər.