Azarkeşləri “Turan Tovuz”u ziyana saldılar

İntizam Komitəsinin növbəti iclası keçirilib.

Azarkeşləri “Turan Tovuz”u  ziyana saldılar
İntizam Komitəsinin növbəti iclası keçirilib.

meqale.com xəbər verir ki, bu gün keçirilən iclasda Premyer Liqanın 24-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

"Kəpəz" - "Qəbələ" oyununda "Qəbələ" klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə "Qəbələ" 700 manat cərimə edilib.

"Kəpəz" - "Qəbələ" oyununda "Qəbələ" klubunun azarkeşləri tərəfindən oyunun rəsmi şəxslərinin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə, və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə "Qəbələ" klubuna xəbərdarlıq edilib.

"Turan Tovuz" - "Neftçi" oyununda "Turan Tovuz" klubunun azarkeşi tərəfindən meydançaya kənar əşya atıldığına görə "Turan Tovuz" klubu 800 manat cərimə edilib.

"Turan Tovuz" - "Neftçi" oyununda "Turan Tovuz" klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə "Turan Tovuz" klubu 1000 manat cərimə edilib.

"Turan Tovuz" - "Neftçi" oyununda qonaq komandanın azarkeşlərinin olduğu sektorda sındırılmış 6 ədəd oturacağa görə stadiona dəymiş zərər "Neftçi" klubu tərəfindən ödəniləcək.

"Səbail" - "Sabah" oyununda "Səbail" klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə "Səbail" klubu 700 manat cərimə edilib.