Azərbaycan Aİ-nin Ermənistandakı missiyasının şərti sərhədə gəlməsini qeydə aldı - FOTO
Azərbaycan Aİ-nin Ermənistandakı missiyasının şərti sərhədə gəlməsini qeydə alıb.
"Caliber"in məlumatına görə, missiyanın nümayəndələri Arazdəyəndə tikintisi dayandırılmış metallurgiya zavoduna gəliblər. Onlar ərazidə foto və video çəkiliş aparıblar.
Qeyd olunur ki, bu səfər barədə Azərbaycana məlumat verilməyib.
Sözügedən səfər Azərbaycan tərəfinə təqdim olunan monitorinq cədvəlinin tarixi, vaxtı, marşrutu və koordinatlarına uyğun gəlmir.
Məlumata görə, Aİ Ermənistandakı metallurgiya zavodunun tikintisini bərpa etmək istəyir. Çünki zavoda Qərbdən vəsait yatırılıb.
Bu dəfə isə zavodda Aİ-nin bayrağının ucaldılması gözlənilir.