Azərbaycan bütün dünyada tolerant ölkə kimi tanınıb - Azər Qarayev
Azərbaycanda bütün dinlərin nümayəndələri üçün bərabər şərait yaradılıb. Azərbaycan bütün dünyada tolerant ölkə kimi tanınıb. ABŞ Dövlət Departamenti isə gerçəkliyi görməzdən gəlməyə çalışır.
Bu sözləri Trend-ə açıqlamasında təhlükəsizlik orqanlarının veteranı, fəxri əməkdaşı, polkovnik Azər Qarayev deyib.
A.Qarayev bildirib ki, ABŞ-də Azərbaycana qarşı formalaşdırılan fikirlərin, bəyanatların, hesabatların kökündə bir çox halda erməni lobbisi dayanır.
"ABŞ Dövlət Departamentinin hesabatı da bu baxımdan istisna deyil. Bu hesabatı erməni millətçisi, ABŞ-nin erməni milli assambleyasının rəhbərlərindən biri Daniela Aşbaxyan hazırlayıb. Bu amildə hesabatda Azərbaycana qarşı qərəzli fikirlərin olmasının səbəblərindən birincisidir", - deyə A.Qarayev əlavə edib.
Onun sözlərinə görə, Azərbaycanda dini icmalara yaradılan şərait, göstərilən diqqət və qayğı gözönündədir.
"Azərbaycandakı dini konfessiyalar, müxtəlif dinlərdən olan şəxslər də dərhal ABŞ-nin bu qərəzli addımını pislədilər. Azərbaycanda real vəziyyətin necə olduğunu, əsl həqiqəti dilə gətirdilər. Yerli və xarici KİV-də onların bu məsələ ilə bağlı kifayət qədər müsahibələr, açıqlamalar mövcuddur", - deyə A.Qarayev əlavə edib.
A.Qarayev onu da əlavə edib ki, ABŞ Dövlət Departamenti Azərbaycana qarşı qərəzli olduğu açıq-aşkar görünür.
"Bir tərəfdən hesabatda olmayan məsələlər göstərilir, digər tərəfdən isə Azərbaycana qarşı olunan haqsızlıqlar görməzdən gəlinir. 30 ilə yaxın işğal ərazində Azərbaycan ərazisində dini abidələrin dağıdılması, vandalizmə məruz qalması, ermənilərin bütün məscidlərimizi dağıtmaqla kifayətlənməyib onları təhqir etdiyini Dövlət Departamenti niyəsə görə bilmir".
A.Qarayev onu da vurğulayıb ki, Azərbaycan dövləti üçün vətəndaşının təhlükəsizliyi basilica amildir.
"Biz dəfərlərlə şahidi olmuşuq ki, bəzi radikal qruplar və onların himayədarları din pərdəsi altında Azərbaycanda dövlətçiliyə təhdid yaratmaq, təhlükəsizliyi pozmaq meyilləri göstəriblər. Bütün bu cəhdlərin isə Azərbaycan təhlükəsizlik orqanlarının ayıq-sayıqlığı sayəsində qarşısı dərhal alınıb. Heç biri qruplaşmaya, qüvvəyə Azərbaycan vətəndaşlarının təhlükəsizliyinə təhdid yaratmağa imkan verilməyib, bundan sonra da bu belə olacaq. Ölkəmizdə dini dini radikalizmə, ekstremizmə qarşı mübarizə hər zaman ən üst səviyyədə olacaq. ABŞ Dövlət Departamenti də bu kimi vacib amilləri öz hesabtlarında təhrif edərək yayımlamalı və beynəlxalq ictimaiyyəti çaşdırmamalıdır".