Azərbaycan əhalisinin diaqnozu: Xroniki yorğunluq– Səbəblər

"Həkim, mən nəsə özümdə deyiləm. Nəsə var. Özümü həftənin hər günü yorğun hiss edirəm. Heç nəyə həvəsim yoxdur".

Azərbaycan əhalisinin diaqnozu: Xroniki yorğunluq– Səbəblər
"Həkim, mən nəsə özümdə deyiləm. Nəsə var. Özümü həftənin hər günü yorğun hiss edirəm. Heç nəyə həvəsim yoxdur".

Bu sual bu gün həkim qəbullarında ən çox səslənən şikayətlərdir. Bundan sonra başlayır müayinələr, həkimlər, dianoqzlar, müalicələr. Çox zaman isə bunlar nəticə vermir.

meqale.com medicina.az-a istinadən xəbər verir ki, 90% hallarda insanların əzgin və gücsüzlüyünün səbəbi xrioniki tükənmə və yorğunluqdur.

Xroniki yorğunluq təkcə iş və həyatdan fiziki mənəvi yorulmaq deyil.

Bunun səbəbi həm xəstəlik, həm xorultu, həm də qidalanma ola bilər.

- Siz xoruldayırsız, amma heç bunu bilmirsiz

Əgər siz tək yatırsızsa və xorultunuzdan ayılmırsızsa, o demək deyil ki, heç xoruldamırsız.

10% hallarda xoruldamaq yuxu apnoesi - qırtlaq əzələlərinin çox boşalması nəticəsində 10 saniyə nəfəsin kəsilməsi sonradan bərpasıdır.

Oksigen çatışmazlığında beyin oyanır və nəfəs bərpa olunur.

İnsan gənc yaşdan hər gecə bunu yaşaya bilər. Bu zaman orqanizm yuxuda tam dincəlmir, beyin oksigen aclığı yaranır, insan ağır, yorğun, əzgin şəkildə oyanır. Belə adamlar kürəyi üstə yatmamalıdır.