Azərbaycan erməni qoyunları geri qaytardı
Azərbaycanlılar Zəngəzur ərazisindən, Ərəfsə kəndi istiqamətindən sərhədi keçərək, Azərbaycana daxil olan qoyunları geri qaytarıblar.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə erməni mediası Dığ (Tex) kənd icmasın rəhbəri David Quluntsa istinadla məlumat yayıb.
Məlum olub ki, erməni qoyunlarının ardınca çoban və onun 16 yaşlı oğlu da sərhədimizi keçmək istəyib, lakin Azərbaycan əsgərlərinin yaxınlaşdığını görərək qaçıblar.