Azərbaycan gimnastları Bakıdakı Dünya Kubokunda qızıl və gümüş medal qazanıblar - FOTO
Azərbaycan gimnastı Mixail Malkin Bakıda keçirilən Dünya Kubokunda kişilər arasında tamblinq üzrə proqramda 31,100 xalla birinci yeri tutub.
meqale.com Trend-ə istinadən bildirir ki, daha bir təmsilşimiz Adil Hacızadə 29,400 xalla ikinci, portuqaliyalı Vasko Peso 28,700 xalla üçüncü yeri tutub.
Qeyd edək ki, fevralın 23-25-də Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku keçiriləcək. Yarışda 32 ölkədən gimnastlar iştirak edir.