Azərbaycan gimnastları beynəlxalq turnirdə qızıl və gümüş medal qazanıblar - FOTO
Aerobika gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Vladimir Dolmatov Bolqarıstanın Plovdiv şəhərində keçirilən "Plovdiv kuboku"nda qızıl medal qazanıb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, idmançı fərdi proqramda bütün rəqiblərini qabaqlayaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
O, komanda yoldaşı Mədinə Mustafayeva ilə birgə cütlük proqramında isə gümüş medala sahib çıxıb.