Azərbaycan islamofobiyanın təsirini hiss edən ölkələrdəndir - Kol Duram
Azərbaycan da islamofobiyanın təsirini hiss edən ölkələrdəndir. Düşünürəm ki, bunun bir neçə həll yolu var.
Bu barədə Trend-ə açıqlamasında G20 Dinlərarası Dialoq Forumunun prezidenti Kol Duram deyib.
"İlk olaraq biz dost və əməkdaşlıq çərçivəsində çalışmağın yollarını tapmalıyıq. Bütün baryerləri yıxmalıyıq. Bu problemlərin kökündə nə durur, əvvəlcə onu tapmalıyıq. Hazırda islamofobiya böyük, qlobal problemdir. Bununla yanaşı, dini zəmində nifrətə qarşı da həll yolu tapılmalıdır", - deyə o bildirib.
Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 2-ci il dönümünə həsr olunan "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans keçirilir.