Azərbaycan - İsveç oyununun biletləri satışa çıxarıldı
AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan - İsveç oyununun biletləri satışa çıxarılıb.
meqale.com AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qiymətlər 5, 10, 15, 30 (VİP), 50 (VİP) və 200 (VİP) manatdır.
Azarkeşlər biletləri Gənclik Mall, 28 Mall, Heydər Əliyev Sarayının kassası, Köşk No1, Köşk No2, 1 Saylı ASAN xidmət mərkəzi, 2 Saylı ASAN xidmət mərkəzi, 3 Saylı ASAN xidmət mərkəzi, 4 Saylı ASAN xidmət mərkəzi, 1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzi və "iticket.az" satış məntəqələrindən əldə edə bilərlər.