Azərbaycan millisi Türkiyəli həmyaşıdları ilə birlikdə toplanış keçəcək

Azərbaycanın yeniyetmə voleybolçulardan ibarət millisi təlim-məşq toplanışı üçün Türkiyənin Ankara şəhərinə yola düşüb.

Azərbaycan millisi Türkiyəli həmyaşıdları ilə birlikdə toplanış keçəcək
Azərbaycanın yeniyetmə voleybolçulardan ibarət millisi təlim-məşq toplanışı üçün Türkiyənin Ankara şəhərinə yola düşüb.

Azərbaycan Voleybol Federasiyasından meqale.com-a verilən məlumata görə, komanda qardaş ölkənin U-16 yığması ilə birlikdə toplanış keçəcək.

İyulun 18-ə kimi davam edəcək birgə təlim-məşq toplanışı çərçivəsində komandalar arasında yoxlama oyunları da təşkil olunacaq.

Yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma Ankaraya 16 idmançı ilə yollanıb. Bu voleybolçular düşərgələrdə fərqlənən 13-14 yaşlı qızlardır.

Təlim-məşq toplanışında Şahin Çatmaya məşqçi Hamid Anvari kömək edəcək.