Azərbaycan millisinin heyətində dəyişiklik
Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Yığmanın futbolçusu Vüsal İsgəndərli heyətdən çıxarılıb. O, ötən gün baş tutan məşqdə zədələnib. Bu səbəbdən futbolçunun adı Bolqarıstan yığması ilə keçiriləcək oyununun sifariş ərizəsinə salınmayıb.