Azərbaycan özü Qarabağda təhlükəsizliyi təmin edə bilər - KTMT baş katibi

Qarabağda təhlükəsizliyi təmin etmək üçün Bakının öz qüvvələri var.

Azərbaycan özü Qarabağda təhlükəsizliyi təmin edə bilər - KTMT baş katibi
Qarabağda təhlükəsizliyi təmin etmək üçün Bakının öz qüvvələri var.

meqale.com APA-ya istinadən bildirir ki, bunu TASS-a müsahibəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi İmanqali Tasmaqambetov deyib.

Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına toxunan KTMT baş katibi Qarabağın Azərbaycan ərazisi olduğunu və Azərbaycanın öz ərazisində təhlükəsizliyi təmin etmək üçün qüvvələrinin olduğunu söyləyib.

"Hesab edirəm ki, regionda sabitlik böyük ölçüdə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması perspektivindən asılıdır", - deyə Tasmaqambetov Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edərkən qeyd edib. meqale.com Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun