Azərbaycan Premyer Liqasında bu oyunun vaxtı dəyişdirildi

Azərbaycan Premyer Liqasının XXV turunun cədvəlində dəyişiklik edilib.

Azərbaycan Premyer Liqasında bu oyunun vaxtı dəyişdirildi
Azərbaycan Premyer Liqasının XXV turunun cədvəlində dəyişiklik edilib.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

"Sumqayıt" - "Kəpəz" oyunu əvvəlcədən nəzərdə tutulduğu kimi 16:00-da yox, 19:00-da başlayacaq. Buna Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda işıqlandırma sistemi ilə bağlı bütün prosedurların yekunlaşması səbəb olub.

Qeyd edək ki, turun açılış matçı martın 1-də keçiriləcək.